Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İCMA

is. [ər.] 1. Qədimdə: hər hansı bir ərazi daxilində yaşayan əhalinin özünüidarə hüququna malik birliyi, təşkilatı. Şəhər icması. Qədim Rusiyada kəndli icması.
2. köhn. Cəmiyyət, təşkilat, məclis, ittifaq. Dini icma. - Sənət isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmasından. F.Köçərli. 1915-ci ildən başlayaraq müharibə əleyhinə bir çox icmalarımız oldu. T.Ş.Simurq. □ İcma etmək köhn. - bir yerə toplaşmaq, bir məsələni müzakirə etmək üçün yığılmaq, iclas etmək. // köhn. Camaat. [Komediya] ..icmanın bir o qədər xoşuna gəldi ki, pərdənin axırında “afərin “sədası göyə çıxıb, üç-dörd dəfə pərdənin qalxmağını .. əl çalıb tələb edirdilər. F.Köçərli.
□□ İbtidai icma quruluşu - insan cəmiyyətinin ilk ictimai-iqtisadi quruluş forması.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....