Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İCARƏ
is. [ər.] Müəyyən şərtlər əsasında daşınmaz əmlakın müvəqqəti istifadəyə verilməsi, ya alınması; kirə. İcarə haqqı. İcarə kağızı. İcarə şərtləri. - [Kərbəlayı Qulam:] Hacı, özünüz bilirsiniz ki, mərhum Ağa Heydərin hamamı mənim icarəmdədir. N.Vəzirov. □ İcarə etmək - bir yeri müvəqqəti istifadə üçün kirə etmək. Qasım kənddən çox uzaq bir yerdə bir parça torpaq icarə etmişdi. Ə.Sadıq. İcarəyə götürmək - müəyyən şərtlərlə müvəqqəti istifadəyə götürmək. Əhvalat belədir ki, otuz il bundan qabaq bir neçə müsəlman şəhər yerini icarəyə götürüb başlayıblar əkinçilik ilə güzəran eləməyə.. C.Məmmədquluzadə. Məscid sərin olduğuna görə, baqqallar oranı icarəyə götürüb, içinə şey yığırdılar. Çəmənzəminli. İcarəyə vermək - müəyyən şərtlərlə başqasına müvəqqəti istifadəyə vermək. [Həsən:] Sənə yataq icarəyə verən də başını daşın yekəsinə döyüb. Ə.Haqverdiyev. [Salamov:] O yer mənim babamın xırman yeridir, xəzinənin nə ixtiyarı var mənim yerimi icarəyə versin? C.Cabbarlı. Bəy o il torpağını icarəyə verməkdən boyun qaçırdı. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....