Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İBARƏT
[ər.] 1. Mütəşəkkil, düzəlmiş, tərtib olunmuş. Beş adamdan ibarət heyət. Mütəxəssislərdən ibarət komissiya. Dörd nəfərdən ibarət ailə. Tələbələrdən ibarət komanda. - Nəhayət, Toğrul iraqlılardan ibarət bir dəstə qoşun təşkil etmək və Hüsaməddinin əlində olan qoşunu tərk-silah etdirmək qərarına gəldi. M.S.Ordubadi. İbarətdir şəklində - eyniyyət bildirir. “Veçer” ibarətdir bir məclisdən ki, axşam vaxtı oraya adamlar cəm olub söhbətə, qiraətə, musiqiyə və yeyib-içməyə məşğul olurlar. C.Məmmədquluzadə. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq. // Mütəşəkkildir. “Uzunqulaqlı” kəndi səkkiz yüz evdən ibarətdir. Ə.Haqverdiyev. Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdir. A.Şaiq. □ İbarət olmaq - 1) ...mütəşəkkil olmaq, ...düzəlmiş olmaq; 2) ehtiva etmək, ...məzmununu təşkil etmək. [Zeynal] Mehribanı Bakıya gətirdikdən sonra birinci yapdığı iş, onun çadrasını başından atmaq, onu tanış-bilişləri ilə tanış etməkdən ibarət olmuşdu. S.Hüseyn.
klas. bax ibarə 2-ci mənada. Şeyxə verdi xəbər qiraət ilə; Mədd ilə, çox uzun ibarət ilə. S.Ə.Şirvani. Rusun qədim yazıçıları yazı yazanda elə bir kəlmə və ibarətlər tapıb işlədirdilər ki, xoruz səsi eşitməmiş olsunlar. C.Məmmədquluzadə. “Millət ötrü, ağlayan axırda olur kor”; Məzmunlu məsəldir bu ibarət, uçitellər! M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....