Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
İBADƏT
is. [ər.] 1. Dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin. [Molla İbrahimxəlil:] Əgər məni görmək istəsələr, de ki, ustadım .. ibadətdədir. M.F.Axundzadə. Məlum şeydir ki, indiyədək saydığımız ibadətlər ki, növ-növ namazlardan ibarət olsun, məhz ondan ötrüdür ki, insan öləndən sonra, axirətdə mizan-tərəzi qurulanda yaxşı imtahan versin. C.Məmmədquluzadə. Ibadət etmək - dini ayinlərlə məşğul olmaq, dua oxumaq, namaz qılmaq. Adamlar məbudun qarşısında bardaş quraraq dizi üstə oturub ibadət edir, dodaqaltı dua oxuyurlar. M.İbrahimov.
2. Sitayiş, pərəstiş. □ Ibadət etmək - sitayiş etmək, səcdə etmək. Oda ibadət etmək. Bütlərə ibadət eləmək. // Məc. mənada. Qiblə deyil, qaşlarına baş əymək; Gecə-gündüz mənim ibadətimdir. M.P.Vaqif. Məscidü minbər nə lazım maili-rüxsarına; Qaşların vəqti-ibadət aşiqə mehrabdır. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....