Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
IYNƏ
is. 1. Tikiş tikmək üçün bir ucu sivri, digər ucu isə sap keçirilmək üçün deşikli metal milcik. Tikiş iynəsi. Maşın iynəsi. - YusifiSərrac iynəsi əlində başını yuxarı qovzadı. M.F.Axundzadə. ..Gözəl ufuldadı, fikri Pəri nənədə olduğundan əlinə iynə batmışdı. M.Hüseyn. □ Iynə vurmaq (çalmaq) - tikiş tikmək, tikiş tikməklə məşğul olmaq. Sərdar evlərinin qabağında bir daxmaya girib, işi səhərdən axşama kimi başaşağı iynə vurmaqdadır. C.Məmmədquluzadə. Dilşad böyüyəcək, anası kimi mətbəxdə yerdə oturub xörək bişirmək, teşt içində paltar yumaq, dizi üstündə iynə çalmaqdan başqa artıq bir şey bilməyəcək.. T.Ş.Simurq. Hər hansı bir xəstəliyə əks-təsir etmək və onun qarşısını almaq məqsədi ilə dəri altına dərman yeritmək üçün tibdə işlənən alət. Həkim iynəni qaynadıb, Tahirin yumşaq ətinə .. vurdu. M.Hüseyn. // dan. Həmin alətlə bədənə yeridilən maye (dərman). Penisillin iynəsi. Qan iynəsi. Qlükoza iynəsi. □ Iynə vurmaq - müalicə məqsədi ilə tibb iynəsi vasitəsilə bədənin bir yerinə dərman yeritmək. Səhiyyə şöbəsinin əmri ilə uşaqlara iynə vururduq. Mir Cəlal.
Müxtəlif məqsədlər üçün metaldan qayrılmış ucu iti incə milcik. Patefon iynəsi.
Bəzi böcəklərdə sancan üzv. Arı iynəsi.
Bəzi heyvanların bədənini örtən tikanlar. Kirpinin bədəni iynələrlə örtülüdür.
Şam ağacı kimi ağacların yarpağı. 0am ağacının iynələri. // Tikan (bəzi bitkilərdə).
Ümumiyyətlə, ucu şiş, batan şeylər haqqında. Buz iynələri.
məc. Toxunan söz, acı söz. Hər sözü tənədir, bir top iynədir. A.Şaiq. Müəllimin sözlərində zəhərli iynələr olduğunu molla Xəlil hiss edirdi. S.Hüseyn.
□□ Iynə ağzından çıxmış - təzəcə tikilmiş (paltar). Iynə atmağa yer yox idi - bax iynə atsan yerə düşməz. - Küçədə iynə atmağa yer yox idi. M.Hüseyn. Iynə atsan yerə düşməz - çox tünlük, qələbəlik, son dərəcə çox adam olan yer haqqında. Bazarda adam əlindən iynə atsan yerə düşməzdi. Kiçik stansiyada iynə atsan yerə düşməz. S.Şamilov. Iynə batırana şiş (biz) batırmaq - üstəlik əvəz çıxmaq, daha çox pislik etmək. Iynə ilə gor qazımaq - çox böyük zəhmət və əziyyət tələb edən çətin və ağır işlə məşğul olmaq. [Şeyda Araza:] ..Orada bağ salmaq, əkin becərmək iynə ilə gor qazımaqdır. A.Şaiq. Iynə itsə tapılar - çox işıqlı yer haqqında. Iynə salmağa (düşməyə) yer yoxdur - bax iynə atsan yerə düşməz. Iynə ucu boyda - son dərəcə kiçik şey haqqında. Iynə üstə (üstündə) oturan kimi - çox həyəcan, təlaş keçirmə, təlaş içində olma, narahat olma. ..Gəray ağa müsahibi Ağaxanla dərdləşir, iynə üstündə oturan kimi bir yerdə qərar tuta bilmirdi. S.Rəhimov. Iynədən sapa qədər - hər şey, hər nə varsa, başdan-başa. Iynədən sapa qədər götürmək. - Xalıqverdinin evi iynədən sapa qədər axtarıldı. Ə.Vəliyev. Iynəsi tikiş tutmaq - arzusu yerinə yetmək, işi düzəlmək, bəxti gətirmək. İynəyə qədər (kimi) - ən kiçik, ən cüzi şeyə qədər, başdanbaşa, hamısı. Iynəyə qədər hər şeyi yığıb aparmaq. Elə bil iynəsi itib - aralıqda vurnuxan, ora-buranı axtaran, qurdalanan adam haqqında.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla