Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ITƏLƏMƏK
f 1. Kəskin, ani bir hərəkətlə, təkanla bir şeyə toxunmaq. [Əmiraslan:] ..Nurəddin su çəkdiyi halda daldan itələyib suya salacağam. S.S.Axundov. Rüstəm kişi Telli arvadın yaxasından itələyib keçmək istədi. M.İbrahimov. [Ağca] ikiəlli Gəldiyevi itələdi, içəri salıb qapını bərk çırpdı. Mir Cəlal.
Təkanla bir şeyi bir tərəfə doğru hərəkət etdirmək, yerini dəyişməyə məcbur etmək, yerindən tərpətmək. Arabanı dala itələmək. Stolları yana itələmək. - [Telli] bir hadisə üz verdiyi təqdirdə, bu saman torbasını irəliyə itələməklə müəllimin otağına yol açar, onu öz harayına çağıra bilərdi. S.Hüseyn. // Bir şeyi əli ilə və ya başqa bir şeylə özündən geriyə çəkmək, kənar etmək. Mollanın oğlu qızılı əli ilə itələyir. “Mol. Nəsr.”. Axund qəlyanı kənara itələyib dizi üstə qalxdı. Mir Cəlal.
Soxmaq, yeritmək, daxil etmək. Neştəri yaraya itələmək.
məc. Təhrik etmək, sövq etmək, sürükləmək, bir şeyi etməsinə səbəb olmaq. Cinayətə itələmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....