Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
IŞILDAMAQ
f İşıq vermək, işıq saçmaq. Yerlərdə işıldamır nə bir şam, nə bir ocaq; Göylərdə eşidilir ölüm nərəsi ancaq. Ə.Cəmil. Elektrik lampaları axşamın boz dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı. Q.İlkin. // Parlamaq, parıldamaq, bərq vurmaq. Üzüyün qaşı işıldayır. Şüşə işıldayır. Hər işıldayana qızıl deməzlər. (Ata. sözü). Vaqif yağışdan sonra təmizlənib işıldayan otlara və çiçəklərə baxır, zövqlənirdi.. Çəmənzəminli. Manqalın işığında onun xınalı dırnaqları və barmağındakı qızıl üzük işıldadı. İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....