Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ISRAF
is. [ər.] Artıq və lazımsız yerə xərcləmə, sərf etmə, işlətmə, dağıtma, puç etmə. Israf haramdır. (Ata. sözü). Atasının bu qədər yersiz israfi və belə faciəli ölümü Əşrəfi çox düşündürürdü. A.Şaiq. Yoxlama zamanı Toğrulun xəzinədən israf xərclədiyi və qiymətli şeyləri mənimsədiyi meydana çıxdı. M.S.Ordubadi. // Israfla, israf ilə şəklində - artıqlaması ilə, artıq olaraq. Sərf etdi ciyər qanını israf ilə çeşmim; Bilməz ki, bu gün qanla pərişan olacaqdır. Qövsi. □ Israf etmək (eləmək) - 1) artıq və lazımsız yerə sərf etmək, xərcləmək, işlətmək, dağıtmaq. Belə məlum olur ki, israf eləyirsiniz. Yoxsa mən heç vaxt inana bilmənəm ki, bir boçka su əlli iki nəfər fəhləyə kifayət eləməyə. C.Məmmədquluzadə; 2) özünə inanılıb tapşırılmış pulu, malı və s.-ni qanunsuz olaraq öz şəxsi məqsədləri üçün xərcləmək, sərf etmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....