Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
IRŞAD
is. [ər.] klas. Doğru yol göstərmə, doğru yola çəkmə, qəflətdən oyatma. Irşadını bilmədim qənimət; Yüz vay ki, fövt olundu fürsət. Füzuli. Döydülər, söydülər, əl çəkmədim irşadımdan. A.Səhhət. □ Irşad qılmaq klas. - doğru yola gəlmək, qəflətən oyanmaq. Firqətin dövründə çəkdim möhnətü cövrü cəfa; Imdi vəslin yoluna irşad qılmaq vaxtıdır. Xətayi. Irşad etmək klas.
doğru yola çəkmək, qəflətdən oyatmaq. Sən onların dinini bir tərəfə qoy və onların batil olması haqqında heç bir söz söyləmə və beləliklə, onları irşad etməyə başla. M.F.Axundzadə. ..Kənarda durmaqla millətin ehtiyacını və dərdü halını bilmək olmaz və .. ona kömək vermək, dərdinə əlac tapmaq və onu haqqa irşad etmək qeyrimümkündür. F.Köçərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....