Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
INSAFSIZ
sif 1. İnsaflı olmayan, mürüvvətsiz; zalım, qəddar, rəhmsiz. Insafsız günəş də ki batmaq bilmirdi. E.Sultanov. Insafsız, avam bir adam olan əmim arvadı iri mis səhəngi çiynimə verib səhərdən axşama qədər mənə ayaqyalın, başıaçıq su daşıtdırardı. İ.Əfəndiyev. // Zərf mənasında. [Orxan:] Məndə artıq can qalmamış, Mərhəmət; Mərhəmət qıl, insafsız olma, Ismət! H.Cavid.
2. Vicdansız, şərəfsiz. Zeynəbin özü Məcidə xəbər verdiyini Nadir indi güman etdi və hər ikisi tərəfindən belə insafsız (z.) bir tərzdə aldandığına acıdı. B.Talıblı. // İs. mənasında. Bilmirəm bu yanlış məlumatı gözəl qıza hansı bir insafsız xəbər vermişdir. M.S.Ordubadi. Sərt oldu rəfiarı o insafsızın; Dərslərinə vaxtı qalmadı qızın. M.Rahim.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....