Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
INSAF
is. [ər.] 1. İnsanda vicdan və ədalət hissi, öz hərəkətləri üçün mənəvi məsuliyyət hissi; vicdana müvafiq hərəkət. Insaf dinin yarısıdır. (Ata. sözü). Bəylərin bəyisən, xanların xanı; Unutma insafi, satma imanı.. Aşıq Ələsgər. Insafımın və vicdanımın yanında məsul olaram, əgər yalan desəm ki, təqribən yarım saat mənim təamım çəkdi.. C.Məmmədquluzadə. // Rəhm, mürüvvət, şəfqət, ədalət. Insaf xoşdur, ey eşq, ancaq məni zəbuni et; Ha böylə möhnət ilə keçsinmi ruzigarım? Füzuli. Könlündə qalmadı insaf əsəri; Dürdanənin qəlbi sal buza döndü. M.Rahim. Məsmənin qəlbini dağlayan fələkin “çərxi çevrilmiş “, fələkin zərrə qədər insafı, mürüvvəti yoxmuş! Mir Cəlal. □ Insaf deyil - rəva deyil, insafa müğayirdir. [Məmməd:] Yox, bu insaf deyil ki, bu cür nəcib heyvanın leşini mən bu çöldə dəfn etməmiş gedim.. E.Sultanov. Insaf etmək (eləmək) - rəhm etmək, mərhəmət göstərmək, ədalətlə yanaşmaq. Ömür keçdi, insaf elə, sevdiyim; Nə müddətdi dərdü möhnət çəkirəm. Q.Zakir. Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadan keç; Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç. S.Ə.Şirvani. Insaf görmək - vicdanı qəbul etmək, rəva görmək. Insafa gəlmək (düşmək) - rəhmə gəlmək, insaf eləmək; haqsızlıq etməkdən vaz keçmək, mərhəmət etmək. Eləmi qaldı səbir; Qovğadı, qaldı səbir; Nə yar insafa gəldi; Nə məndə qaldı səbir. (Bayatı). Insafa gəl, aman! Məni məhv etdi intizar; Səbrim tükəndi, yox qəmihicranə taqətim. H.Cavid. Insafa gətirmək rəhmə gətirmək, ürəyində mərhəmət oyatmaq. Insafdan çıxmaq - haqsızlıq, ədalətsizlik etmək, birinin haqqını pozmaq, insaf və vicdana müğayir hərəkət etmək. Insafı itirmək - bax insafdan çıxmaq. Insafı yol verməmək - insafı, vicdanı rəva görməmək, insaf görməmək, rəva görməmək. Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi. Ə.Haqverdiyev. [Dəmirçi Rzaya:] ..Səni beş qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz.. M.İbrahimov. Allah ... insaf versin - ədalətli, insaflı olmağa dəvət. [Qurban:] Allah Zərnigar qarıya insaf versin. Ə.Haqverdiyev. Insafla şəklində - düzlüklə, ədalətlə, vicdanla. Dünyada hər nə cür və xariqüladə bir məsələ bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. C.Məmmədquluzadə. Insafdır(mı) şəklində - rəvadırmı, insafa, vicdana, ədalətə uyan şeydirmi? Insafdırmı, Bəlli Əhməd tutula; Qolac qolu dal gərdənə çatıla. “Koroğlu”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....