Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ILIM-ILIM
ilim-ilim itmək, ilim-ilim getmək - tamamilə yox olmaq, yoxa çıxmaq, izsiz itmək. Göy üzü kilim-kilim; Yar itdi ilim-ilim; Kəsin düşmən dilini; Doğrayın dilim-dilim. (Bayatı). Laçın seydgaha qılanda güzar; Ilim-ilim itər bayquş, yapalaq. Q.Zakir. Alagözlü gəlin Göygölü düşünürəm; Bu yerlərdən ilim-ilim itib qaçan; Azarı, ölümü düşünürəm. N.Rəfibəyli. Ilimilim itirmək - 1) səsi bir daha gəlməyəcək yerlərə, uzaqlara göndərmək, uzaqlaşdırmaq; sürgünə, həbsə göndərmək. O atın ölümünü məndən gördün, məni ilim-ilim itirdin. Mir Cəlal; 2) yox etmək, yoxa çıxarmaq, öldürtmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....