Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
IQTISADIYYAT
is. [ər. “iqtisad” dan]
Hər hansı bir ictimai quruluşun, cəmiyyətin istehsal qüvvələrinin inkişafına uyğun olan istehsal münasibətlərinin məcmusu. İqtisadiyyatımızın durmadan tərəqqisi mədəniyyətimizin misilsiz yüksəlməsinə səbəb olmuşdur. İ.Əfəndiyev. Hər hansı bir ölkənin, rayonun və s.nin təsərrüfatının vəziyyəti. Respublikamızın iqtisadiyyatı. Şimal rayonlarının iqtisadiyyatı. // Təsərrüfatın hər hansı bir sahəsinin maliyyə və maddi cəhətdən quruluşu, vəziyyəti. Nəqliyyat iqtisadiyyatı. Ticarət iqtisadiyyatı. Xalq təsərrüfatının hər hansı bir sahəsinin maliyyə və maddi tərəfini öyrənən elm. İqtisadiyyatdan dərslik. İqtisadiyyata dair mühazirə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....