Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
IQTIDAR
is. [ər.] 1. Qüvvət, taqət, güc. Yeriməyə iqtidarı yoxdur. Danışmağa iqtidarı çatmır. - Bura adətən can verən əsirlər, ayağı üstündə durmağa iqtidarı olmayanla gətirildiyi üçün, bu “ölüm hücrələrinin “keşiyi zəifdi. Ə.Məmmədxanlı.
2. Qüvvəsi çatma, gücü çatma, imkanı olma. Zeynal nəinki borclarını verib təmizləmək və ya arvadına və çocuqlarına paltar və ayaqqabı almaq iqtidarında deyildi, hətta gündəlik xərcə də para yetirə bilməyirdi. S.Hüseyn. Baş leytenant öz bölüyü ilə hər vaxt hər bir əmrin öhdəsindən gəlmək iqtidarına malikdir. Ə.Əbülhəsən. // Güc, səlahiyyət, etibar. Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız? M.Ə.Sabir. Iqtidarın, malın, pulun çoxdur; Xalqa ondan vəli kömək yoxdur. A.Səhhət.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....