Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
IKIBAŞLI
sif 1. İki başı (ucu, qurtaracağı) olan. Ikibaşlı ağac. İki başı olan. Ikibaşlı heyvan. - [Dərviş:] Dünyamız dərə-təpəli, dərin-dərin quyulardır; qanxor, rəhmsiz, ikibaşlı əjdahalar, - deyib bağırırıq. A.Divanbəyoğlu. Hər iki tərəf üçün, həm o tərəfə, həm bu tərəfə. Ikibaşlı bilet. Ikibaşlı teleqram. Laəlac qalıb, götürüb Kislovodskiyə ikibaşlı tel vurub bu barədə məsləhət soruşdum. Məmmədquluzadə. □ Ikibaşlı qohum olmaq - qız verib, qız almaq. [Əsgər:] Bax, bəy, indi ki mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum olaq. Ü.Hacıbəyov. [Gövhər:] Deməli, sən bizimlə ikibaşlı qohum olmaq istəyirsən? S.Rəhman.
məc. İkimənalı, ikitərəfli, iki cür başa düşülə bilən; aydın, konkret olmayan, dumanlı. [Dəli Həsən dedi:] Koroğlu, sözün bir az ikibaşlıdı. “Koroğlu”. Pərşan Qızyetərin Salmanı bəyənmədiyini, sözlərinin ikibaşlı (z.) olduğunu bilirdi. M.İbrahimov. Nərminə Şahmarın dediyi ikibaşlı sözün mənasını anladığı üçün ikibaşlı (z.) da cavab verdi. B.Bayramov.
□□ Ikibaşlı qartal - çar Rusiyasının dövlət gerbi - üzərində qartalın iki baş şəklində təsviri (ümumiyyətlə çarlıq simvolu). Fəqət məzlumlar qanına boyanmış ikibaşlı qartal çox davam edə bilməzdi. H.Nəzərli. ..Ikibaşlı qartal ilə “cümlə cahanı titrədən “imperiyanın sadiq nökəri Müqim bəy, rütbə etibarilə yüksəlmiş olsa belə, bu təzə qulluğunda nə zövq, nə də nəşə tapırdı. S.Rəhimov. Bu zamandan III Ivan .. qədim Vizantiya dövlət nişanı olan ikibaşlı qartalı öz dövlətinin nişanı kimi qəbul edir. M.İbrahimov. Ikibaşlı zərərə düşmək - bir şeyin üstündə iki dəfə xərcə düşmək, iki dəfə pul xərcləməli olmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....