Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XURD-XƏŞİL
zərf Əzik-əzik, xıncımxıncım, sağ-salamat yer qalmamış, sınıqsınıq. Amma birdən işdi mən çölə-zada çıxmalı olsam, sən gərək xurd-xəşil olasan. “Koroğlu”. Elə o günü məntəqəyə bütün bilək sümüyü xurd-xəşil olmuş bir yaralı gətirdilər. Ə.Əbülhəsən. [Qarakişi Hümmətə:] Sən öləsən, [Yusif] səni boz atdan elə salacaq ki, qabırğaların xurd-xəşil olacaq. B.Bayramov. □ Xurd-xəşil etmək bərk əzişdirmək, əzik-əzik etmək, bədənində sağ-salamat yer qoymamaq. Mollabacı biçarə mütəəlliməni xurd-xəşil edəndən sonra həyətə çıxdı və üzünü qonşuya tutub, ağzına gələni dedi.. Çəmənzəminli. [Sərnişinlərdən biri:] Dünən Qara şəhərdə qoca bir arvadı tramvay aldı altına, xurd-xəşil elədi. Qantəmir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....