Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XUMAR
sif. [ər.] 1. Süzgün (göz, baxış haqqında). Nə baxırsan pəncərədən; Xumar gözün süzən gözəl?! Aşıq Ələsgər. Qız isə Bahadırı görüb yanından keçərkən, xumar gözlərini Bahadıra süzdürdü. N.Nərimanov. Yüzillik bir ömrü qurban verərdim; Xumar gözlərinə baxsaydım bir an. R.Rza.
2. Keflilik, məstlik. Xanın bu nərəsinə xumardan sərasimə ayılan qaçaqlar dəhşətdən yerlərində donub qaldılar. M.Rzaquluzadə. □ Xumar olmaq - keflənmək, məst olmaq, nəşələnmək. Gecə və gündüz məst xumar olan xəlifə, Əmin ağamın ona göndərdiyi həcvi oxuyub üç gün üç gecə yasa batmışdı. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....