Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

XUDA

is. [fars.] 1. Allah, Tanrı. Bəlalərdən səni saxlasın xuda; Sən tək gözəl, əldən olmasın cida. M.P.Vaqif. Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdi-sər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani. [Sitarə:] Xuda bilir ki, səni qəlb-safdən sevirəm. C.Cabbarlı.
2. Xudaya şəklində nida - ay Allah, ilahi (Allaha xitab, müraciət, yalvarış). [Kərbəlayı Qədim:] Xudaya, cəlalına şükür. Indi sənə inanmayanlar sənin qüdrətini öz gözləri ilə gördülər. Ə.Haqverdiyev. [Ana:] Onu jandarmalar gəzir dörd gözlə; Xudaya! Qəribdir, sən onu gözlə! S.Vurğun. “Şükür sənə, xudaya, hələ ki birtəhər süyüşdük” deyə [Əlləzoğlu] pıçıldadı. İ.Huseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....