Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XUB
sif. və zərf [fars.] klas. 1. Yaxşı, gözəl, xoş. Gümüş kəmər xub yaraşır belinə; Yaxası qızıldan düymələnibdi. Aşıq Ələsgər. // Yaxşıca, bərk, əməlli-başlı. Xub yeyibiçdilər. Xub əzişdirdilər.
is. məc. Gözəl, dilbər. [Qərib:] Bir əl vurun, xublar girsin oyuna; Mən qurbanam qamətinə, boyuna. “Aşıq Qərib”. Vaqif səni sevdi xublar içində; Bir taza qonçasan gülzar içində. M.P.Vaqif.
“Yaxşı”, “razıyam” mənasında (razılıq bildirir). [Miraxur:] Xub, 0ah Abbas o vəqtdə padşah idi. Hökmü bizə rəvan idi. M.F.Axundzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....