Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

XROM

[yun. chroma - rəng] 1. Kimyəvi element; açıq-boz rəngli bərk metal (metal məmulatın üstünü örtmək üçün bərk ərinti). Xromdan metallurgiyada paslanmayan polad, ferrixrom (dəmirlə xromun xəlitəsidir) hazırlanır. M.Qaşqay. Həmin metalın duzlarında aşılanmış yumşaq, nazik dəri və bu dəridən hazırlanmış. [Nağı:] Usta, sənə bir xrom sapoq mənim boynuma. “Aşıq Ələsgər”. [Qədirin] əynində sürməyiparçadan köynək və şalvar, ayaqlarında yumşaq xromdan uzunboğaz çəkmə vardı. İ.Əfəndiyev. Xrom turşusu duzlarından alınan sarı boya.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....