Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XOŞLANMAQ
f. Baxıb həzz almaq, ürəyi açılmaq, sevinmək, fərəh duymaq. Qızın ala gözlərini, şümşad barmağını görən Kəblə Xeyransa xala çox xoşlanır. H.Sarabski. Qayınatasının son sözündən Zöhrə də xoşlanmışdı. Ə.Vəliyev. // Xoşu gəlmək, məmnun olmaq, xoşnud olmaq, ürəyinə yatmaq. O qədər xoşlanıram tüstüsü çıxcaq kababın; Ac pişik tək cumuram şövq ilə birbaşa ətə! M.Ə.Sabir. [Əbülhəsənbəy:] Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim.. M.S.Ordubadi. Bilikli şagirdlərdən; Müəllim çox xoşlanır. M.Seyidzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....