Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XOŞHAL
sif [fars. xoş və ər. hal] Halı, əhvalı xoş olan; şad, məmnun, razı. Çox olduqca qəmü dərdim, rəhi-eşq içrə xoşhaləm. Füzuli. [Zeyd:] Harun, bu nə haldır? Söylə, nə əhvaldır? Leyla sənin ilə bir yerdə; Məşğuli-xoşhaldır. Ü.Hacıbəyov. // zərf Mehribanlıqla, mülayim bir tərzdə. Kapitan gözaltı Kəyanə baxdı, onu utandırdığını sezdiyindən, xoşhal dönüb Cumaya əmr etdi. Ə.Əbülhəsən. □ Xoşhal etmək (eləmək, qılmaq) - könlünü, xatirini xoş etmək, kefini açmaq, şadlandırmaq. Nədir qılmaz məni xoşhal dilbər bir pəyam ilə; Qəmindən sübh olunca qaldığım bidar bilməzmi? S.Ə.Şirvani. Komediyada oynayan cavanların cümləsi öz rollarını yaxşı yerinə yetirib, tamaşaya cəm olanları ziyadə fərəhnak və xoşhal etdilər. F.Köçərli. [Rüstəm bəy Sofyaya:] Niyə kədərlənməyim ki, gözümün işığı kimi istədiyim bir dilbəri şerimlə xoşhal edə bilmədim. Çəmənzəminli. Xoşhal olmaq - qəlbi, ürəyi açılmaq, sevinmək, şad olmaq. Həkim babanın nəvənəticəsi bu xəbərdən çox xoşhal oldu. S.Rəhimov. Rzanın xoşhal olduğunu görüb, Orxan tərifi bir az da artırdı. İ.Məlikzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....