Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XOŞBƏXT
sif. [fars.] Bəxti gətirmiş, taleli, bəxtli, sevinc və rifah içində yaşayan. [Ağca xanım Qaraca qıza:] Ah, sən xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb özün üçün bağda azad gəzirsən. S.S.Axundov. [Hacı:] Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt. C.Cabbarlı. Dünyada sanardım əbədi ömrümü xoşbəxt; Opsəydim əgər bir də mübarək qədəmindən. Ə.Vahid. // Bəxti gətirən, uğurlu. Xoşbəxt oyunçu. Xoşbəxt adamdır. // Məsud, bəxtəvər, səadətli. [Xaqani:] Mən sənin eşqinlə qanadlanıram; Səninlə özümü xoşbəxt sanıram. M.Rahim □ Xoşbəxt etmək xoşbəxtliyə, səadətə çatdırmaq, səadət vermək, məsud eləmək. Uşaqlarını xoşbəxt eləmək. - [Lütfəli:] Gözəl Şəfiqə, səni sevirəm, məni xoşbəxt elə. İ.Musabəyov. [Muxtar Firəngizə:] Mən heç güman eləmirəm ki, .. böyük vəzifədə olan arvad ərini xoşbəxt eləyə bilsin. B.Bayramov. □ Xoşbəxt olmaq - istəyinə çatmaq, arzusu yerinə yetmək, məsud olmaq, ürəyində nisgil qalmamaq. Xoşbəxt ol (olsun, olsunlar) - xoşbəxtlik, səadət arzusu bildirir. [Bəhram:] Sara üçün də bir yaxşı ər tapmağa səy edərəm ki, o da xoşbəxt olsun. C.Cabbarlı. [Vaqif:] Allah başa versin, xoşbəxt olun siz! Belə, kəklik kimi cüt gəzəsiniz. S.Vurğun. [Ana:] Hamının yanında qızlarımı təriflədi:
Ağıllı uşaqlardır. Xoşbəxt olsunlar! M.Hüseyn. Allah xoşbəxt eləsin! - səadət, xoşbəxtlik arzusu. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “Get, Allah səni xoşbəxt eləsin!” - deyirdilər. Ə.Haqverdiyev. [Səlim qızına:] Get, qızım, Allah səni xoşbəxt eləsin. C.Cabbarlı.
2. Xoş, uğurlu. [Dürrətülbağdad:] ..Hazırda möhtərəm Fəxrəddinin gəlməsi ilə özümü
Bağdadın ən xoşbəxt qadını hesab edirəm. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....