Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

XOŞ-BEŞ

is. Salamlaşma zamanı birbirindən kef-əhval soruşma. Xoş-beşdən sonra qonaq Ataşın əmisinin adını çəkib ondan gətirdiyi kağızı verdi. Ə.Vəliyev. [Hacı Ağakərim:] Bəs sənin dayına salamın, xoş-beşin hanı, ədəbsiz! S.Rəhman. [Vahidov Şeydaya:] Xoş-beşin sonraya qalsın. Ə.Məmmədxanlı. □ Xoş-beş etmək
(eləmək) - salamlaşmaq, kef-əhval soruşmaq. [Qoca nəvəsinə:] Ta onda nə durub üzümə baxırsan, xoş-beş elədik, bəsdir, get işində ol, çünki bu dünyada hər şeydən birinci işdir... Ə.Məmmədxanlı. Ağsaqqal həkim tez otağa girdi, Nənəqız ayağa qalxdı və ona xoş-beş elədi. S.Rəhimov. [Müəllim] Büləndlə xoş-beş etdikdən sonra yenə qayıdıb öz işinə məşğul oldu. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....