Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XORULDAMAQ
f. 1. Yuxuda ikən xorultu (xor-xor) səsi çıxartmaq. Bir azdan sonra rəfiq başladı xoruldamağa. Ə.Haqverdiyev. Çay hazırlanmış olduğu vaxt Murad bəy mürgüləyir, Cavad bəy xoruldayaraq yuxulayırdı. T.Ş.Simurq.
məc. Bərk yatmaq, yuxuda olmaq. Bahadır atlar bağlanan yerə gedib, gördü ki, Novruz xoruldayır. N.Nərimanov. Ara-sıra səkinin üstündə və meydanlarda uzanıb xoruldayanlara da rast gəlmək olur. M.İbrahimov.
“Mır-mır” səsi çıxartmaq; mırıldamaq. Pişik bərk xoruldayır.
məc. Mırıldanmaq, deyinmək, donquldanmaq. [Cənnətəli ağa:] Belə iş olarmı, ay camaat, .. həm darımı yesin, həm də mənə xoruldasın. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....