Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XONÇA
is. Şirniyyat, meyvə və s. yeməli və ya başqa hədiyyələr qoyulmuş bəzəkli podnos, tabaq və s. Yüzlərlə gözəl cariyələr əllərində əlvan yeməklər dolu xonçalar içəri daxil oldu. M.S.Ordubadi. Bir tərəfdə Aslan bəy qabağında bir neçə xonça oturmuş, Əsəd bəylə söhbət edir. C.Cabbarlı. Hər təmiz süfrədə neçə nemət var; Xonçalar bəzənir rəngbərəng şamla. S.Vurğun. □ Xonça kimi al-əlvan, ala-bəzək, bərbəzəkli. Parçanın xonça kimi gülləri. - Divarı və qapı səqfini örtən qol-budaqlı tənəyin xonça kimi şax yarpaqlarını görəndə barmağını dişlədi. Mir Cəlal. Xonça tutmaq - podnosa müxtəlif şeylər qoyub bəzəmək. Bayram xonçası tutmaq. - Şahvələd gözəl bir xonça tutub bir imansız qarı tapıb xonçanı göndərdi Şahsənəm üçün. “Aşıq Qərib”. Xonça tutub göndərərəm sənin də özpayını; Sən də artır öz əlinlə zəfərlərin sayını! S.Vurğun. // etnoqr. Adətə görə toyda, nişanda içərisinə şimiyyat, paltar, parça-qumaş, qızılgümüş və s. qoyulub bəzədilmiş və üstü qırmızı parça ilə örtülü podnos və s. Qız evinə xonça aparmaq. - Bir ildən sonra oğlan evi qız üçün paltar hazırlayıb qırmızı xonçalara qoyar və qız evinə aparardı. Sarabski. Qumru, gəlinin paltarı qoyulmuş xonçanı, başqa arvad isə yer-yemiş olan xonçanı başında aparırdı. Ə.Abasov. Bütün bayramlarda oğlan evindən qız evinə hədiyyələr, xonçalar getməliydi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....