Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XİTAB
[ər.] 1. Bir şəxsə və ya camaata müraciətlə deyilən sözlər; müraciət. Məcnun ki, eşitdi bu xitabı; Verdi bu əda ilə cavabı. Füzuli. Ilimizin hər günü, yaxşı bilirəm ki, mən; Ağsaçlı atalardan xitabdır nəsillərə. S.Rüstəm. Şüşənin altında naşı, lakin həyəcanlı bir xətlə mənə xitab yazılan bir kağız görürəm.. Mir Cəlal. □ Xitab etmək (eləmək) - müraciət etmək, üzünü tutaraq söz demək. [Şah] sonra üzün hərəmlərə tutub xitab elədi: Mənim əziz həmfiraşlarım! Mən kəmali-əfsus ilə məcburəm ki, bir yaman xəbər sizə elan edəm. M.F.Axundzadə. Zeynal çox mütəəssir idi. Mehribanın xoş bir şivə ilə ona xitab etməsi həyəcanını artırdı. S.Hüseyn.
2. qram. Cümlədə kimə işarə edildiyini bildirən, lakin qrammatik cəhətdən cümlə üzvü olmayan söz və ya söz qrupu. Xitabdan sonra nida işarəsi qoymaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....