Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XİRQƏ
is. [ər.] köhn. 1. Cübbənin altından geyilən içi pambıqlı qısa geyim. Əfğan çəkib etdi xirqəsin çak; Səhralərə düşdü zarü qəmnak. Füzuli. [Şah:] Bir yandan da ədavətin kəsrətindən xirqəmin altında bıçaq tutub bu xalıları doğrayırdım. Ə.Haqverdiyev. .. Vaqif isti kürkünü soyundu, nökərlərdən biri onun çiyninə zoğalı çuxasının üstündən samur xəzli ipək xirqə saldı, sonra içəri girdi. Çəmənzəminli.
2. Dərvişlərin geydikləri uzun üst paltar. Qurbani qurbandı şahın dərinə; Dərviş bilmir xirqə nədi, dəri nə? “Qurbani”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....