Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XİRİDAR
is. [fars.] 1. Alıcı, müştəri. Malın xiridarı yoxdur. - Mətaın atma bazarə; Xiridar olmayan yerdə. M.V.Vidadi. Qədrikəmali-hüsnü bilir aşiqi-həzin; Əlbəttə, qədri-zərri xiridar olan bilir. S.Ə.Şirvani. // Məc. mənada. [Zakir] hüsnünə xiridar olandan bəri; Saf cana yetişib ziyan əlindən. Q.Zakir.
2. məc. Bir şeyin qiymətini bilən, ona lazımi qiymət verə bilən, başa düşən; sərraf. Söz xiridarı. - Hicrana yandı canım, tüstüsüdür dağdakı çən; Canımı hərraca qoydum, de, xiridarı hanı? Şəhriyar. İsi dayının “tərzi-ifadəsi “ Məmmədsadığın olduqca xoşuna gəldi. O belə “tərzi-ifadə”nin xiridarı idi. Lakin İsi dayının “tərzi ifadəsi”ni çətin anladı. “Məkruf' sözünü o bilirdi. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....