Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XİLAS
is. [ər.] Qurtulma, xilas olma; nicat, qurtuluş. □ Xilas etmək - 1) qurtarmaq, nicat vermək. Təhlükədən xilas etmək. Suda boğulanları xilas etmək. - Cəfayə, zülmə bütün nifrət eyləyir aləm; Xilas elə bəşəri zülmdən cəsarət ilə. Ə.Vahid. Yoldaşlarından bir neçəsi onu xilas etməyə yüyürmək istədisə də, nəzarətçi ağacını qaldırıb onlara çığırdı. M.Rzaquluzadə; 2) azadlığa çıxartmaq, azadlıq vermək. Xilas olmaq qurtulmaq, azad olmaq, nicat tapmaq, canını qurtarmaq. Ölümdən xilas olmaq. Əsarətdən xilas olmaq. - Veylabadın üstə səadət günü doğdu. Şəhər bir böyük bəladan xilas olmuşdur. Çəmənzəminli. [Veysəl] tələdən nə cür xilas olmaq haqqında düşünərkən, qaranlıqdan kimsə soruşdu. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....