Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XİFFƏT
is. [ər.] Fikir, dərd, qəm, qüssə; fikir çəkmə. Qaldı mən dilxəstəyə ancaq məlalü xiffətin. S.Ə.Şirvani. Bəsdir mənə verdiyin bu xiffət. Natəvan. [İbrahim:] Gövhərtac .. xiffətdən, qüssədən müqəvvaya dönübdür. Ə.Haqverdiyev. □ Xiffət çəkmək
1) fikir çəkmək, kədərlənmək, qüssələnmək, qəm-qüssə etmək. Dolanım başına, mürüvvət deyil; Bu qədər ki, sənsiz xiffət çəkirəm. Q.Zakir. [İnsan] hər gün görsə də, qəlbinin duymadığı, nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra, qəlbindəki boşluğu görür və gecə-gündüz xiffət çəkir. İ.Şıxlı; 2) başqasının fikrini, qayğısını çəkmək. Əzəlindən oldum eşqə dəlalət; Sirr verdim namərdə, etdi ədavət; Yolunda çəkməkdən xiffət, xəcalət; Əriyib bu Cümə çağaya döndü. Molla Cümə. Əzizim, meşə mənsiz; Dağ mənsiz, meşə mənsiz; Qorxuram xiffət çəkə; Yar dərdə düşə mənsiz. (Bayatı). □ Xiffət eləmək (etmək) - b a x xiffət çəkmək 1-ci mənada. [Ata:] Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki, biz kasıbıq, qohum-əqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Ə.Haqverdiyev. Qardaşbacı.. dağlar qədər dərdi olan analarını xiffət etməyə qoymurlar. S.S.Axundov. Gənc ömrümün bağında yazım sənsən, gülüm sən; Xiffət edib, sıxılıb, qüssələnmə, gülüm, sən. N.Xəzri. Xiffət gətirmək - kədər-qüssə gətirmək, kədərləndirmək, kədərə-qüssəyə səbəb olmaq. Evlərin təhər-tövründə qəlbə xiffət gətirən bir köhnəlik vardı. Ə.Əbülhəsən. Xiffət vermək - fikir çəkməsinə, dərdlənməsinə, kədərlənməsinə səbəb olmaq, dərdə salmaq, xiffətləndirmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....