Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XIŞILTI
is. 1. Bir-birinə dəyən, sürtünən şax şeydən və ya axan sudan çıxan xəfif səs, xış-xış səsi. Atlaz xalatların xışıltısı. Ay qara buludun dalına girdi, yerə qara pərdə çəkildi. Ocağın alovu söndü, meşədə xışıltı artdı. A.Divanbəyoğlu. Xışıltı ilə axan çayın səsi ətrafın sükutuna başqa bir ahəng verirdi. T.Ş.Simurq. Söyüdlü arx yarpaqların incə xışıltısı altında səssizcə axıb gedirdi. İ.Əfəndiyev.
2. Təngnəfəslikdən törəyən boğuq səs; töyşük. [Sədrin] sinəsindəki xışıltı get-gedə artırdı. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....