Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

XIRMAN

is. [fars.] 1. Dəni sünbüldən ayırma əməliyyatı. ..Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov. [Rəşid:] Qurbanqulu uşağı görər-görməz xırman çəkdiyi atı buraxır və quyunun yanına qaçır. T.Ş.Simurq.
2. Taxılı döymək, təmizləmək və qurutmaq üçün qabaqcadan hazırlanmış dairəvi düz yer, meydança. Atlı Hacı Namazalını xırmandan gəlib apardı nəçərnikin yanına. Məmmədquluzadə. Kəndlilər hamısı böyük bir xırmanın yanına yığılmışdı. M.İbrahimov. □ Xırman döymək - taxılın dənələrini xüsusi alətlərlə sünbüldən ayırmaq. Danabaş kəndinin kənarında.. Məşədi Ağa kişi on iki yaşlı oğlu Əsəd ilə bahəm xırman döyürlər. C.Məmmədquluzadə. Biçər biçini, arpanı, döyər əkinçi xırmanı; Çuval-çuval döyüb yığar əkinçi arpa-buğdanı. A.Səhhət. [Həsən:] Iskəndər də mənim oğlum olub, xırman döyəndə necə kömək eləyir. Ə.Haqverdiyev. Xırman sovurmaq - taxıl dənələrinə qarışmış samanı ayırmaq üçün onu kürəklə havaya sovurmaq.
□□ Xırmanüstü vədə - boş, yalan vədə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....