Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XIRDA-XIRDA
1. zərf Yavaş-yavaş, ahəstə-ahəstə, ağır-ağır, aramla. [Qız] hala gəlib, xırda-xırda yataqdan qalxıb yerində oturdu və yemək istədi. (Nağıl). Qıraq tərəfdəki qazmada balaca şam xırda-xırda yanır, kiçik alov burula-burula qalxırdı. S.Rəhimov. Basdı qədəmlərini qum üstə xırda-xırda. B.Vahabzadə.
sif Kiçik-kiçik, balaca-balaca (çoxluq bildirir). Xırda-xırda ağaclar. Xırda-xırda komalar. - Çox əziyyət ilə saqqalından xırda-xırda kağız parçalarını qoparırdı. Ə.Haqverdiyev. Gülərüzlü bir qadın tez; Qarşıladı qonaqları; Vardı onun bir-birindən; Xırda-xırda uşaqları. M.Dilbazi. Mamırlı daşları üzə çıxan çay qolunda, xırda-xırda gölməçələrdə parlaşan qızıl balıqları gördükdə Qoşqar dünyada hər şeyi unudardı. İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....