Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XIRDACA
sif 1. Çox xırda və ya bir qədər xırda; kiçikcə. Xırdaca təpə. Xırdaca göllər. Xırdaca əl. - Təllin ətəyindən bir xırdaca çay axırdı. Bu çayın kənarı gözəl bir çəmən idi. Ə.Haqverdiyev. Balaca şəhərin küçələrini duman bürümüşdü. Xırdaca evlər duman kimi görünürdülər. Çəmənzəminli. Kəndin kənarından get-gedə sıxlaşan və iriləşən xırdaca qamışlıq başlanırdı. M.Rzaquluzadə.
Azyaşlı, kiçik, balaca. İndi səkkiz il idi ki, muzdur Məşədi Əsgər Qanlıtəpədə bir arvadı və üç baş xırdaca uşaqları ilə ayda iyirmicə manat məvacibə qənaət edib dolanırdı. S.M.Qənizadə.
Cılız, balaca, nəzəri cəlb etməyən. Qafar yaşı əlliyə yaxın olan xırdaca, arıq bir adamdı. Ə.Əbülhəsən. [Rəşid:] Bu arıq, xırdaca adamın buğlanan çay stəkanını ehtiyatla stolun küncünə uzadan azacıq titrək əlini görürdüm. İ.Hüseynov.
məc. Nərmənazik, incə, zərif. Sallanıban yüz nazıla; Gələn kimin yarıdı bu? Qəddü-qamət nə qiyamət; Xırdaca dilbərdi bu. Aşıq Məhəmməd. Naz ilə gəldin otağa; Leyli nişan, xırdaca qız! Aşıq Əsəd.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....