Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XINCIM-XINCIM
zərf Tikə-tikə, xırdaxırda, qırıq-qırıq, parça-parça. Şüşə xıncımxıncım olub töküldü. - [Mindilli:] Yaxşı ki, atmağa qoymadın, yoxsa xıncım-xıncım olardı. S.Rəhman. Indi hər iki təyyarə elə bir sürətlə üz-üzə gəlirdi ki, ikisindən biri qaçmazsa, hər ikisi xıncım-xıncım olacaqdı. M.Rzaquluzadə. □ Xıncım-xıncım etmək (eləmək) - tikə-tikə etmək, qırıb tökmək. Qəlpə onun sümüklərini xıncım-xıncım etmişdi. H.Seyidbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla