Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XINA
is. Saçı (keçmişdə, habelə köhnə adətcə barmaqları, əlləri, saqqalı) boyamaq üçün işlədilən, həmin bitkinin yarpaqlarından hazırlanan toz halında sarımtraq qırmızıyaçalar maddə; həna. Molla Qurban .. barmaqlarına fındıqça xına yaxmışdı.. M.S.Ordubadi. [Qulu:] Gözümdə qaldı, bir gün oturub saqqalıma xına yaxım. N.Nərimanov. [Vidadi:] Gedəkxına qoyaq əllərimizə; Uşaq bizimkidir, mübarək olsun! S.Vurğun.
□□ Bu xına o xınadan deyil, bu xına o xınaya oxşamır - vəziyyətin, şəraitin tamamilə kəskinləşdiyini, ağırlaşdığını, əvvəlkinə oxşamadığını bildirən ifadə. [Tahir yoldaşlarına:] Bərk hazırlaşın, bu xına o xınadan deyil. M.Hüseyn. [Hacının oğlu:] Ağa can, sənə deyirəm, öz hörmətini saxla, yoxsa, bu xına o xınalara oxşamır. P.Makulu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....