Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏYALAT
is. [ər. “xəyalət” söz. cəmi] Əsli olmadığı halda gözə görünən mövhum surət; həqiqətdə deyil, yalnız xəyalda, fikirdə, təsəvvürdə olan şeylər; xülya, kabus. [Cəlil Məmmədquluzadə] xəyalata uyan idealların gözəlliyi ilə yaşayıb, varlığa tül pərdələr dalından baxan yazıçılardan deyildi. M.İbrahimov.
2. Fikir, düşüncə; fikirdə, xəyalda olan, arzu edilən şeylər. Yüz sənə bundan əqdəm ata və babalarımızın .. arzu və təmənnalarını, fikir və xəyalatını [Vaqif] yazıb.. F.Köçərli. Əhməd xəyalata o qədər inanmışdı ki, qazanacağı 500 manatın cınqıltısını cibində eşidir və xəyalatı canlandırırdı. B.Talıblı. Xəyalat eləmək - çox fikir eləmək, çox düşünmək, fikirləşmək, fikrində götür-qoy eləmək. [Xırda xanım:] ..Bol xəyalat eyləmişəm. Bir neçə vaxt işi düzəldib toy fikrinə düşmüşəm.. N.Vəzirov. Xəyalat götürmək
dərin düşüncələrə qərq olmaq, fikir-xəyal götürmək. Insanı xəyalat götürəndə hər cür nataraş fikirlər adamdan əl götürmür. Məmmədquluzadə. Bir neçə vaxt gözümə yuxu getmədi, xəyalat məni götürdü. Ə.Haqverdiyev. Həmzəbəyi xəyalat götürdü. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....