Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏTTİ-HƏRƏKƏT
is. [ər.] 1. köhn. Döyüşü hazırlama və aparma sənəti, döyüş üsulları; taktika. Düşmənin xətti-hərəkəti. [Nizami:] Biz, Fəxrəddinin göstərdiyi xəttihərəkətlə irəli getsək, fars və ərəb cahangirlərinin keçmişdə və bundan sonra aparacaqları xətti-hərəkətə kömək vermiş olacağıq. M.S.Ordubadi.
2. məc. İctimai və siyasi mübarizə üsul və vasitələrinin məcmusu. // Hər hansı məqsədə çatmaq üçün tətbiq edilən üsul və vasitələr, tədbirlər. Salman, “siyasi məsələlər həll olunmasa, maarif məsələsi həll oluna bilməz”, - deyə qəti bir xətti-hərəkət yürüdürdü. Çəmənzəminli. Darülfünun eşiyində və içərisində daima tələbələr dəstədəstə toplaşıb, vermiş olduqları tələbləri, maarif nəzarətinin və darülfünunun müdiriyyətinin xətti-hərəkəti ətrafında müzakirə edirlərdi. T.Ş.Simurq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....