Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏTT2
is. [ər.] 1. Cızıq. Kağızda dikinə çəkilən xətlərin sayı indi beş idi. Ə.Əbülhəsən. İki məntəqəni birləşdirən yol. Moskva
Bakı dəmiryol xətti. Moskva - Kiyev hava xətti. Trolleybus xətti. // Teleqraf, telefon rabitəsi qurğuları (məftillər, kabellər və s.); su, kanalizasiya sistemi. Teleqraf xətti. Telefon xətti xarab olmuşdur. Xəlil içəri girib isti su xəttinin üstündəki manometrə nəzər saldı. İ.Məlikzadə. // Elektrik enerjisini nəql etmək üçün qurğular (məftillər, kabellər və s.) sistemi. Iki saatdan çox idi ki, kəşfiyyat buruğunda elektrik xətti korlanmışdı. M.Hüseyn. ..Xətdə cərəyan var, işə başlamaq olar. M.Süleymanov. // Yan-yana durmuş şeylərin uzun sırası, bir şeyin arasıkəsilməz sırası. Istehkam xətti. Müdafiə xətti. - Bəhram şah Bərdəsirin mühasirə xəttini yarmağa və Atabəy Məhəmmədə qalib gəlməyə müvəffəq olmayacaqdır.. M.S.Ordubadi.
Bir dövlətin hüdudu, sərhədi və bu sərhəd boyunca olan istehkamlar sırası. Vaqifin yazdığı məktub Qafqaz xəttindəki baş komandan .. vasitəsilə Yekaterinaya göndərildi. Çəmənzəminli. // Vuruşan iki tərəf arasında uzanan yer, döyüş gedən yer. Vuruşmanın qızğın vaxtında rota komandiri Zəhranı çağırdı və tapşırıq verib qabaq xəttə göndərdi. Ə.Vəliyev. Orda mən bilirdim ki, cəbhə xəttinin o tərəfində düşmən durur. H.Seyidbəyli.
Cizgi. Kim olduğunu daha bilmədiyim bu qadını yalnız üzünün xətləri, hal və tövrilə öyrənmək istəyirdim. S.Hüseyn. Baxıram heykələ... mən heyrətdəyəm... Necəyerindədir hər xətt, hər qırış! B.Vahabzadə.
məc. İstiqamət, hərəkət, görüş tərzi. Düzgün xətt. Yanlış xətt. Orta xətt götürmək.
Qan qohumluğu əsasında birləşmiş adamların ardıcıl sırası, əcdadlar, nəsillər sırası. Ata xətti ilə qohumluq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....