Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏSTƏ
sif [fars.] 1. Səhhəti yerində olmayan, bir xəstəliyi olan; naxoş, azarlı. Xəstə uşaq. - Xəstə əsgər dərindən nəfəs aldı. H.Nəzərli. Xəstə atalarının ürəyini sıxmaq istəməyən oğul və qız güzəranlarından şikayət eləmədilər. Ə.Abasov. // İs. mənasında. Xəstənin yanına getmək. Xəstənin halı yaxşılaşdı. - Bənnasız hörgü hörülməz; Təbibsiz xəstə dirilməz. “Koroğlu”. Əri xəstə üstə getdikdə ya ölü üstə aparıldıqda, o, dükanda oturub alış-veriş edərdi. Axundov. Bunu görən xəstə Aydını heç yaxına belə buraxmamışdı. H.Seyidbəyli. Xəstə düşmək, xəstə yatmaq - xəstələnmək, azarlamaq, yorğan-döşəyə düşmək. Xəstə düşdüm, gələn yoxdur üstümə; Qərib öldüm, bikəs öldüm, yad oldum. M.V.Vidadi. Həsrətindən xəstə düşdüm; Eylə dərdə çarə, Ceyran! Aşıq Ələsgər. Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. Axundov. Xəstə olmaq - xəstə yatmaq, azarlı olmaq, naxoş olmaq. Bəstəri-möhnətdə xəstə olduğum; Gözləri şəhlaya dedin, nə dedi? Q.Zakir. Mən diqqətlə [Məmmədə] baxdım, xəstə olduğuna heç şübhəm yoxdu. Cabbarlı. Xəstə salmaq - xəstələndirmək, azarlatmaq, xəstələnməsinə səbəb olmaq. Yar gəlməsə məndən dirilən olmaz; Məni xəstə salan busə dağıdı. Q.Zakir.
məc. Şairanə təşbehlərdə dərdli, qayğılı, mənən üzgün mənasında. Çox edən bimarə xidmət aqibət bimar olur; Leyk könlüm xəstədir ol nərgisi-bimarsız. S.Ə.Şirvani.
məc. Sönük, zəif, cılız, ölgün. Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi. S.Hüseyn.
məc. Bir şeyə həddindən artıq meyil edən, aludə olan; aludə, mübtəla, düşkün. Kino xəstəsi. Futbol xəstəsi. Bilyard xəstəsi.
məc. klas. Yazıq, zavallı, aciz, fağır, bimar. Füzuli xəstəyə düşmən sözü ilə dust cövr eylər. Füzuli. Vidadi xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. M.V.Vidadi.
□□ Xəstə baxıcısı - müalicə müəssisələrində ağır xəstələrə və binanın təmizliyinə baxan kiçik tibb xidmətçisi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....