Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏRC
is. [ər.] İşlənən, sərf olunan pul; məsarif, məsrəf, məxaric. [Məşədi İbad:] A kişi, axı bunun bir anbar da toy xərci var. U.Hacıbəyov. Buna görə də Hacı Səmsamın gəliri xərcini güclə ödəyirdi. P.Makulu. // Sərf olunacaq pul. Demək, Mirzə Qədir Nəsirin evlənmək xərcini verməklə işin içindən çıxa bilməyirdi. S.Hüseyn. [Bayraməlibəyov] bütün xərci öz boynuna götürür və yazırdı ki, əgər razı olsalar, indidən bilet satmağa başlayar. S.Rəhman. Xərc aparmaq - çox pul sərf edilmək, çox xərc tələb etmək, baha başa gəlmək. Ağarəhim bilmirdi ki, maşın nə qədər xərc aparacaq. İ.Şıxlı. Xərc etmək (çəkmək) xərcləmək, pul sərf etmək. [Mustafa bəy:] Mən xərc çəkmişəm, pul tökmüşəm, qabıq qoyub, kəhriz çıxartmışam. Ə.Haqverdiyev. [Rzaquluxan:] Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. M.S.Ordubadi. Oğlan yengəsi qız evinə güclü xərc çəkib, “yengə xonçası” göndərər. R.Əfəndiyev. Xərcə salmaq - pul xərcləməyə məcbur etmək, çox pul xərcləməsinə səbəb olmaq; pul xərclətmək. [Nazlı Mustafaya:] [Ev sahibləri] çay təklif eləsələr mən içməyəcəyəm, sən də içmə, kasıb adamdılar, niyə xərcə salaq? Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....