Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏNCƏR
is. [fars.] Ucu sivri, iki tərəfi iti soyuq silah. Otağın baş tərəfindən divardan bir maral başı, bir də tüfəng, onun da altında bir xəncər asılmışdı. T.Ş.Simurq. [Cahıllar] çuxanın altından xəncər və dayandoldurum bağlardılar. H.Sarabski.
□□ Xəncər-bıçağa çıxmaq - davaları kəskin şəkil almaq, bir-birini xəncər və ya bıçaqla vurmaq dərəcəsinə gəlmək. Xəncərbıçaq olmaq - qatı düşmən olmaq, ölüböldürməyə çıxmaq. [Tapdıq:] Elə şeyi olmaya-olmaya ağlına gətirəsən, ağa. Molla Sadıqla atan bu saat xəncər-bıçaqdır. İ.Şıxlı. Xəncər kimi batmaq (sancılmaq, işləmək), ürəyini xəncər kimi dəlmək - çox ağır təsir etmək. Söz də xəncər kimi işləyir cana; Qanı laxtaladır əzab, iztirab. S.Vurğun. Hükeymənin inəyi xatırlayıb yavaşcadan ağlaması [Bəxtiyarın] ürəyini xəncər kimi dəlir, vicdanını ağrıdırdı. S.Hüseyn. Xəncər kimi sağından keçib, solundan çıxmaq - çox bərk təsir etmək, ürəyinə toxunmaq. Onun acı sözləri xəncər kimi sağımdan keçib, solumdan çıxdı. Xəncərinin qaşı (daşı) düşməz ki... (düşməyəcək ki...) - bir şeyi özü üçün əskiklik, ar sayma mənasında ifadə. [Gülsənəm:] Dilman mənimlə gəlsəydi, xəncərinin daşı düşməyəcəkdi ki? M.Hüseyn. Səninçün hörmətlə tərpənsə başı; Guya xəncərinin düşəcək qaşı. S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....