Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏLVƏTİ
sif. və zərf 1. Gizlicə, xəlvətcə. Xəlvəti danışıq. Xəlvəti iş. Xəlvəti hazırlaşmaq. - [Əbdül Bəhrama:] Ağa, izin versəniz, bir kəlmə xəlvəti sizə söz deyim? Cabbarlı. Mətbəxdəki qadınlar qapının arasından, pəncərənin dalından gələn qonaqları xəlvəti seyr edərdilər. H.Sarabski. Ozgəyə xəlvəti quyu qazanda; Söylə, öz özündən utanmadınmı? B.Vahabzadə.
2. Bax xəlvət 2-ci mənada. Kişi Səfərin xatirinə qayıtmaq, sonra xəlvəti yoldan getmək istədi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....