Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏLQ
is. [ər.] klas. 1. Yaratma, yaradılış. Xəlq etmək (eləmək) - yaratmaq, vücuda gətirmək. [Abbas:] Mənim meylim elə sənnən xoş olub; Nə xoş xəlq eyləyib yaradan səni. “Abbas və Gülgəz”. [Arif:] Insanları xəlq etmədə var bəlkə də hikmət; Iblisə nə hacət? H.Cavid. Xəlq olunmaq yaradılmaq, vücuda gətirilmək. Cənab Mövlazadəyə bilmək lazımdır ki, arvad tayfası kişilərin məhz zövqü və ləzzət hissləri üçün xəlq olunmayıbdır. M.İbrahimov. O elmin qüvvəsilə xəlq olundu çap maşını; Basar saətdə övraq üstünə min cür əsər, millət! M.Möcüz.
Bax xalq. Ol kiyarın şəbi-hicrinə qiyamət günüdür; Xəlq arasında qiyamət günü olmazmı xəcil? Füzuli. [Asya və Telli:] Səy qıl kim, qala səndən; Xəlq içində yaxşı ad. U.Hacıbəyov. Əvvəlcə sənə söyləmiş idim bu kəlami; Yazma bu qədər jurnalına xəlqi-əvami. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....