Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏLƏLDAR
sif. [ər. xələl və/ars. ...dar] Bir hadisə, iş və s. nəticəsində xələl dəymiş, pozulmuş, dağılmış, korlanmış; nöqsanlı. Xələldar etmək (eləmək) - pozmaq. ..1905-ci il inqilabının dalğaları.. bu küçənin sakitliyini xələldar edib, durğun həyatını çalxalandırmağa başladı. S.Hüseyn. Sübhanverdizadə heç bir vaxt yaratmış olduğu bu nüfuzu xələldar etmək və pərdəni yırtmaq istəməzdi. S.Rəhimov. Xələldar olmaq - pozulmaq, dağılmaq. [Əbülhəsənbəy:] Zənn edirəm ki, Rusiya dövləti sizin mövqeyinizin xələldar olmasına heç vaxt razı olmaz. M.S.Ordubadi. Artıq onun yuxusu; Olmayacaq xələldar; Onda fırtına görmüş; Bir dərya sükutu var. R.Rza.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....