Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏLBİR
is. Buğdanın, arpanın və s.-nin zibillərini təmizləmək üçün sağanağa keçirilmiş iri tordan ibarət alət. [Fərraş:] Ağa, sübhdən mən otağı süpürürdüm, mehtər Kərim əlində xəlbir bura gəldi, məlum olur xəlbiri burda qoyub gedibdir. M.F.Axundzadə. Mehtər əlində xəlbir, üzü samanlı, birinin əlində süpürgə, suçiləyən və Gülpəri də gəlirlər. Ü.Hacıbəyov. □ Xəlbir kimi (tək) - deşik-deşik. [Mehdi:] İgidlər, irəli, dalımca gəlin! Xəlbir tək yağının bağrını dəlin! S.Rüstəm. Dəlik-deşik elədi düşməni xəlbir kimi. M.Rahim.
□□ Xəlbirlə su daşımaq - vaxtını boş, faydasız işlə keçirmək, hədər yerə sərf etmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....