Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏFİYYƏ
is. [ər.] 1. Xəfiyyə idarəsinin məmuru, gizli agenti. [Əbülhəsən bəy:] Çar jandarmeriyası mənim dalımca xəfiyyələr
təyin etmişdir. M.S.Ordubadi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. İ.Şıxlı. Xəfiyyə idarəsi - gizli polis idarəsi. Aslan .. bildi ki, Hüseynqulu kişi mətbəənin mütamadiyən xəfiyyə nəzarəti altında olduğunu duyub. M.Hüseyn.
2. Casus. Xəfıyyə saldılar, pul vəd etdilər; Qoşun topladılar, hara getdilər; Gəlmədi onların heç biri vecə. H.K.Sanılı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....