Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏCİL
[ər.] klas. Xəcalətli, üzüqara. Hər tənə ki, eyləsən rəvadır; Səndən xəciləm, üzüm qəradır. Füzuli. Yüz cəfa gördün, vəli hərgiz şikayət etmədin; Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül! S.Ə.Şirvani. Xəcil etmək (eyləmək) - xəcalətli etmək, utandırmaq, qızartmaq, başını aşağı etmək. [Yetər:] Sizi and verirəm Allahın birliyinə, məni Dilbər xanımın yanında xəcil eləməyin. N.Vəzirov. [Azər Reyhana:] And içirəm ki, səni düşmən qabağında xəcil etməyəcəyəm. Ə.Məmmədxanlı. Xəcil olmaq - utanmaq, sıxılmaq, xəcalət çəkmək. Rənalıq ilə qaməti-şümşadı qılan yad; Olmazmı xəcil sərvi-xuramanını görgəc? Füzuli. Oldu sünbüllər xəcil zülf-pərişanın görüb; Qönçələr qan oldu ta ləli-dürəfşanın görüb. S.Ə.Şirvani. [Müfti:] Burda həqiqət sana aydın deyil; Bəlkə qiyamətdə olursan xəcil. H.Cavid.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....