Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
XƏCALƏTLİ
sif Birindən gördüyü yaxşılığın əvəzini çıxmadığı və ya verdiyi vədi yerinə yetirmədiyi, ya yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkən, utanan, özünü günahkar hiss edən; üzrxah. [Nəbi:] Mən sənin yanında xəcalətliyəm. S.Rüstəm. □ Xəcalətli etmək - utandırmaq, başıaşağı eləmək, üzüqara eləmək, qızartmaq. [Pərviz xan:] Ax, nə binamusluq, nə böyük biabırçılıq!.. Sən məni Rəhim xan kimi kişinin yanında xəcalətli elədin! Ə.Haqverdiyev. Xəcalətli qalmaq - birinin yaxşılığının əvəzini çıxa bilmədiyi və ya verdiyi vədi yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkmək, sıxılmaq, utanmaq, üzüqara olmaq. [Dostum:] Ova gəlmişdi. Kişidən xəcalətli qaldıq. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....